“Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır” Hadisə

“Xocalı ilə bağlı beynəlxalq tribunal yaradılmalıdır”

Aureliya Qriqoriu: "Sarkisyan cinayət məsuliyyətinə cəlb edilməlidir"

"Xocalıda soyqırım törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün xüsusi tribunal yaradılmasının vaxtı çatıb".
APA-nın xəbərinə görə, bunu Azərbaycan Ombudsman Aparatında Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Moldovanın parlament ombudsmanı Aureliya Qriqoriu deyib.
A.Qriqoriu bildirib ki, tribunal Yuqoslaviyadakı soyqırımla bağlı yaradılmış tribunala bərabər bir orqan olmalıdır: "Hələ şahidlər sağ və faktlar ortadaykən Azərbaycan belə bir tribunalın yaradılması təşəbbüsü ilə çıxış etməlidir. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Serj Sarkisyan bu əməli ilə qürrələnir, internetdə etirafları var, onu cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Mən soyqırımın öyrənilməsi üzrə Qubada tədbir keçirilməsini də təklif edirəm. Qoy ekspertlər və hüquq müdafiəçiləri orada iştirak etsin, hər kəs ermənilərin 1905-ci ildən başlayaraq Azərbaycanda törətdiklərini bilməlidir".