12:14
294
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yaxın Şərq ölkələrinə və dolayısı ilə İsrailə müraciət edərək husilərə qarşı mübarizədə yardım xahiş edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin "Israel Hayom" qəzeti məlumat yayıb.
Bölgədəki diplomatik mənbələrin bildirdiyinə görə, müvafiq müraciətlər birbaşa Fars körfəzinin digər dövlətlərinə və Misirə göndərilib. İsrailə isə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) vasitəsilə dolayısı ilə müraciət edilərək husilərin Bab əl-Məndəb boğazını bağlamasına mane ola biləcək kəşfiyyat məlumatlarının və digər yardımların göstərilməsi xahiş olunub.
Məhəmməd bin Salman müraciətlərində boğazın bloklanacağı təqdirdə bütün regiona və dünya iqtisadiyyatına dəyə biləcək ciddi zərər barədə xəbərdarlıq edib. O vurğulayıb ki, bu, təkcə Səudiyyə Ərəbistanının müharibəsi deyil, bütün dünyaya təsir edən bir münaqişədirvə Bab əl-Məndəb boğazının bağlanmasının vurduğu iqtisadi zərər, hətta Hörmüzün bağlanmasının vurduğu zərərdən də böyük ola bilər.
Misirə bildirilib ki, blokada Süveyş kanalı ilə gəmiçiliyə zərər vuracağı üçün Qahirə də faktiki olaraq husilərin girovuna çevrilə bilər. Fars körfəzi ölkələrindəki diplomatik nümayəndəliklərin təmsilçiləri bəyan ediblər ki, Qahirə bu narahatlıqlara görə Məhəmməd bin Salmanın mövqeyini dəstəkləyirvə Səudiyyə Ərəbistanının xahiş etdiyi köməklə bağlı amerikalılara müraciət edib.
Məryəm Quliyeva