Bu günə kimi 40 minə yaxın namizəd müəllim olmaq üçün imtahan verib Hadisə

Bu günə kimi 40 minə yaxın namizəd müəllim olmaq üçün imtahan verib

Bu günə kimi 17 fənn üzrə 40 minə yaxın namizəd müəllim işləmək üçün imtahan verib.

Bunu Təhsil Nazirliyinin İnsan resurssları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi artıq başa çatmaq üzrədir:

“Sabah test imtahanı mərhələsi başa çatır. Artıq sabah 14.00-dan apelyasiya mərhələsi başa çatan fənlər üzrə vakansiya seçimi mərhələsini elan edəcəyik. Namizədlər iki gün davam edəcək bu mərhələdə 8 vakant yer seçəcəklər. Daha sonra elektron qaydada yerləşdirmə aparılacaq və vakanat yerləri tutmaq hüququ olan namizədlərə məlumat veriləcək”.