Rusiyanın iqtisadi inkişaf naziri: Ermənistandan tədarükü asanlıqla əvəz etmək olar
ABŞ İranın "Mahan Air" aviaşirkəti ilə əlaqələrinə görə beş quruma sanksiya tətbiq edib
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan müqiçilərinin konserti olub
Dünya Güləş Birliyindən azərbaycanlı hakimlərə yüksək etimad
24 Sentyabr 2020 13:05
2 793
Prezident İlham Əliyev avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq olaraq 8 milyon manat və 4,5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə tapşırlır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.