İspaniyada sursat zavodunda partlayış: 3 yaralı var Dünya

İspaniyada sursat zavodunda partlayış: 3 yaralı var

İspaniyanın Qranada şəhərində (Əndəlüs muxtar birliyi) yerləşən sursat istehsalı zavodunda güclü partlayış baş verib.

Xalqcebhesi.az "20 Minutos"a istinadən xəbər verir ki, hadisə yerinə polis, tibb işçiləri və yanğınsöndürmə xidmətləri cəlb olunub.

Üç nəfərin xəsarət aldığı bildirilir. Nəşrin məlumatına görə, partlayış partlayıcı maddələrin nəzarət olunan qaydada məhv edilməsi üçün nəzərdə tutulmuş sahədə baş verib.

Məryəm Quliyeva