İran Hörmüz boğazını gəmilər üçün bağladı
12 İyul 19:05
12 İyul 19:05
1 Dekabr 2020 09:28
2 366
Rusiyanın "Dojd" telekanalı "Burada və İndi" layihəsi çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhərinin hazırdakı görüntülərini yayıb.
Reportajda jurnalist Vladimir Romenskiy burada tutqun bir mənzərənin hökm sürdüyünü söyləyir: hər yerdə dağılan binalar, vurulmuş hərbi texnika, erməni hərbçiləri tərəfindən tərk edilmiş döyüş sursatları.
Reportajda 1890-cı ildə inşa edilmiş və hazırda dağıdılmış Hacı Ələkbər məscidinin görüntüləri yer alıb, məscidin yalnız divari qalıb. Ardınca qəbiristanlığın görüntüləri gəlir. Müxbir bildirir ki, burada qəbirdaşları dağıdılıb.
Məşhur muğam ifaçısı Ağabala Abdullayevin büst şəklində qəbirdaşı yerdədir. Vandallar büstü dağıdıblar, məzardan uzaq aparıblar: "Onlar ölülərlə döyüşürdü".
12 İyul 18:49
1 491
11 İyul 19:21
1 400
11 İyul 16:27
1 603