Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
20400-dən çox halda əmək qanunvericiliyi pozulub

20400-dən çox halda əmək qanunvericiliyi pozulub Hadisə

20400-dən çox halda əmək qanunvericiliyi pozulub

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) ötən il həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı işəgötürənlər tərəfindən 20417 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilib. Aparılan təhlillər zamanı hüquq pozuntularının daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi, əməyin mühafizəsində, əmək haqqının hesablanması və ya ödənilməsində nöqsanlar, texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. ilə bağlı olduğu müəyyən olunub. Həmçinin belə halların əsasən özəl sektora aid müəssisələrdə, topdansatış və pərakəndə ticarət, ictimai iaşə, avtomobillərin təmiri, emal və tikinti sektorlarında baş verdiyi aydın olub. Qeyd olunan hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Digər pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyindən onların ləğvi üçün isə işəgötürənlərə icrası məcburi olan göstərişlər verilərək icrası nəzarətə götürülüb.
Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. Cərimələrin 44,6%-i, yəni 1915347 manatı dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsində məqsəd əmək qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməsi, o cümlədən işçi hüquqlarının təminatı ilə əlaqədar işəgötürənlərdə məsuliyyətin artırılmasıdır.