Rubio Lavrovla Ukrayna məsələsini müzakirə etmək niyyətindədir
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
13:49
651
Azərbaycan və Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilmiş görüş zamanı nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi zamanı qazanılan təcrübədən bəhs edən "Münaqişənin geosiyasi aspektləri" mövzusunda brifinq təqdim olunub. Sonra Azərbaycan Ordusunun hərbi təhsil sistemi və tədris prosesi barədə geniş məlumat verilib.
Görüşdə həmçinin tərəflər hər iki ölkənin hərbi təhsil sistemi, təhsil müəssisələrinin fəaliyyətləri və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qabaqcıl təcrübələrdən danışıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.


