Ağdamda minaya düşən idarə rəisi Bakıya gətirilir Hadisə

Ağdamda minaya düşən idarə rəisi Bakıya gətirilir

Ağdam rayonunun Novruzlu kəndində minaya düşən, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə Bərdə rayon Mərkəzi Xəstəxanasından köçürülüb.

Trend-in Qarabağ bürosunun verdiyi məlumata görə, idarə rəisi Bakıdakı klinikalardan birinə köçürülmək üçün paytaxta yola salınıb.

Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işağldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib, digər çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.