İran eskalasiyanın qarşısını almaq üçün Oman, Pakistan və Qətərlə əlaqə saxlayır Dünya

İran eskalasiyanın qarşısını almaq üçün Oman, Pakistan və Qətərlə əlaqə saxlayır

İran regionda vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Oman, Pakistan və Qətərlə təmasları davam etdirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinqdə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Esmail Bəqai bildirib.

"Vasitəçilərin vəzifəsi gərginliyin artmasının qarşısını almaqdır və biz son günlərdə Qətər, Oman və Pakistanla təmasda olmuşuq, bu təmaslar hazırda da davam edir", — deyə Bəqai qeyd edib.

XİN rəsmi nümayəndəsi əlavə edib ki, Tehran "öz milli maraqlarını və milli təhlükəsizliyini təmin etmək üçün bütün zəruri vasitə və üsullardan istifadə edəcək".

Məryəm Quliyeva