“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
4 Mart 2021 12:06
1 715
""YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə həkim nümayəndə heyəti gəlib". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib. O bildirib ki, hazırda 5 gündür Azərbaycanda olan israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir: "Bu müddət ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28-nə kosmetik protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq. Qazilərimiz onlara göstərilən xidmətdən razıdırlar və əməliyyatlar uğurla həyata keçirilir".
Onun sözlərinə görə, 8 nəfərlik həkim bir həftəlik Azərbaycana gəliblər: "Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirirlər".
E. Hüseynov ötən dövr ərzində Türkiyədən də bir qrup həkim Azərbaycana gəlib: "Türkiyəli həkimlər tərəfindən 154 qazimiz müayinə olunub və onların nəticələri dəyərləndirilir. Ümumilikdə, 24 qazimiz müayinə və müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə yola salınıb. Onlarla mütəmadi olaraq əlaqə saxlanılır. Artıq bir neçə qazimizin əməliyyatı uğurla həyata keçirilib. Yaxın günlərdə onlar müalicələrini başa vurub ölkəmizə geri qayıdacaqlar".
Fondun rəhbəri bildirib ki, hələlik başqa ölkələrdən həkim dəvəti nəzərdə tutulmayıb.
13 Yanvar 18:45
1 106
13 Yanvar 18:15
1 281
13 Yanvar 17:46
1 015