Milli Məclisin növbəti iclası gələn həftə keçiriləcək Hadisə

Milli Məclisin növbəti iclası gələn həftə keçiriləcək

Azərbaycan Milli Məclisinin yaz sessiyasında növbəti plenar iclası fevralın 14-də olacaq.
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 12 məsələ daxildir.
Bunlar "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq haqqında", "Torpaq bazarı haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklərdir. Eyni zamanda bir neçə ölkələrlə imzalanmış sazişlərin təsdiqlənməsi, o cümlədən "Beynəlxalq Üzüm və Şərab Təşkilatını təsis edən Sazişə qoşulması haqqında" qanun da gündəlikdə yer alıb.