KİVDF-də görüş Hadisə

KİVDF-də görüş

Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin Rektorlar Şurasınınüzvləri Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar keçirilən anım tədbirlərində iştirak etmək məqsədilə fevralın 25-dən Bakıda səfərdədirlər. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri fevralın 27-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İkişafına Dövlət Dəstəyi Fondunda olublar və bəzi kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüblər.
Fondun Müşahidə Şurasının üzvü,"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qonaqları salamlayaraq Azərbaycanın türkdilli ölkələrlə, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti iləəlaqələrə mühüm önəm verdiyini, qarşılıqlı faydalı əməkdaşlığın ən müxtəlif sahələri əhatəetdiyini bildirib.
Fondun fəaliyyəti barədə qonaqlara məlumat verən Rəşad Məcid Azərbaycanda söz, fikir və informasiya azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, müstəqil medianın dövlətqayğısı ilə əhatə olunduğunu, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, habelə ölkələrimizin üzləşdiyi problemlərin dünya ictimaiyyətinə dolğun və obyektiv şəkildə çatdırılması baxımından kütləvi informasiya vasitələrinin mühüm rolunu da xüsusi qeyd edib.
Lefke Universitetinin Rektorlar Şurasının sədri Türkay Tokel belə bir görüşün təşkilinə görə nümayəndə heyətinin üzvləri adından minnətdarlığını bildirib. Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Azərbaycan xalqının kədərinə şərik olduqlarını deyən Türkay Tokel ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyini dəstəklədiklərini vurğulayıb.
Bakıya ilk dəfədir ki, gəldiyini deyən Türkay Tokel burada yüksək qonaqpərvərliyin və isti münasibətin şahidi olduğunu bildirib. Natiq Azərbaycanın dinamik inkişaf edən, sürətlə müasirləşən və qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu da razılıqla qeyd edib.
Lefke Universitetinin rektoru, professor Mehmet Ali Yükselen Azərbaycanı doğma ölkə hesab etdiyini, son illər ölkəmizin sürətli inkişaf yolu keçdiyini, beynəlxalq miqyasda nüfuz və mövqelərinin gücləndiyini bildirib. İkitərəfli əlaqələrin ən müxtəlif sahələrdə inkişaf etdirilməsi zərurətini diqqətə çəkən Mehmet Ali Yükselen rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə ətraflı məlumat vermişdir. Lefke Universitetində ali təhsil alan azərbaycanlı tələbələrinsayının ilbəil artdığını razılıqla qeyd edən rektor təhsil sahəsində əlaqələrin daha da dərinləşdirilməsi və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasının əhəmiyyətini də xüsusi önə çəkib.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz və digər iştirakçılar qonaqlara Xocalı soyqırımı ilə bağlı nümayiş etdirdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Müzakirələr zamanı ölkələmiz arasında iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi, habelə media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı rəy və təkliflər səsləndirilib, qarşılıqlı faydalı görüşlərin bundan sonra da davam etdirilməsi zərurəti qeyd olunub.