Gənclər - sosial dəyişikliyin təmsilçiləri kimi... Hadisə

Gənclər - sosial dəyişikliyin təmsilçiləri kimi...

Tural

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə Gənclər -sosial dəyişikliyin təmsilçiləri kimi sülh və dialoq proseslərinə töhfə verənlər mövzusunda seminar keçirildi. Seminarı BMT Sivilizasiyalar Alyansının Layihə İdarəedilməsi üzrə mütəxəssisi Alessandro Qirola idarə edirdi. Seminarda çıxış edən BMT Sivilizasiyalar Alyansı, mədəniyyətlərarası innovasiya mükafatçısı Priskila Bris müasir gənclik və sosial dəyişikliklərə meyillilik barədə fikirlərini bölüşdü. P.Bris bildirdi ki, mövzu geniş məhfumdur və bu mövzu üzərində danışarkən nəzərə almaq lazımdır ki, dünyanın bütün ölkələrində gəncləri eyni yeniliklər maraqlandırır. Gənclər hər zaman ciddi işlər görməyə can atırlar və buna nail olmağa çalışırlar. BMT Sivilizasiyalar Alyansı-Mədəniyyətlərarası İnnovasiya Livan təmsilçisi Coni Qerqes bildirdi ki, istər şərq istərsə də avropa gənclərinin düşüncələrində yenilik və fəallıq və eyni zamanda sosial topluma təsir meyilləri güclüdür. Müasir dövrdə sülh və mədniyyətlərarası dialoqlarda gənclərin yeni düşüncə tərzləri, demokratik meyillər güclənməkdədir. BMT SA Gənclər Həmrəylik Fondunun Hindistan üzrə nümayəndəsi Rama Şyam gənclərin sosial quruculuqda yaxından iştirakından söz açdı. Gənc nəslin sosial dəyişiklərə təsiri, müxtəlif mövqe, fikirlərinin ortaya qoyulmasını dəstəklədiyini vurğuladı. Pakistanlı nümayəndə Məhəmməd Şahzad və Birləşmiş Krallığın Konverti Universitetinin professor Özerdem Alpaslan qloballaşma dövründə gənclərin təhsil hüququ, onların bu sahədə problemləri, sabaha inteqrasiya məsələləri ətrafında fikirlərini müzakirə etdilər. Qeyd edildi ki, təbii ki, bu gün sosial dəyişiklikdə gənclərin rolu və iştirakı danılmazdır. Gənclər digər ölkələrdə gördükləri vətəndaş cəmiyyəti modellərini təkrarlamağa və hər biri bunu öz cəmiyyətində tətbiq etməyə çalışır. Bir qism gənclər isə fəal vətəndaş olaraq azad düşüncə, söz azadlığı, demokratikləşmənin digər sahələrində fəaliyyət göstərərək vətəndaş cəmiyyətinin qurulmasında iştirak edirlər. Gənclərin həyatının bir hissısini də mobil telefonlar, sosial şəbəkələr təşkil edir və sosial dəyişiklik, sülh və dialoqa çağırışda bu faktorlar da nəzərə alınmalıdır. Sosial cəmiyyətdə gənclərin rolunun digər tərəfi təhsilin inkişafıdır. Gənclərin ictimai fəallığı sülh və dialoqda da fəallığının əsas prioritet tərəflərdən biridir.
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Assambleyasının sədri Şahin Seyidzadə seminarda iştirak edərək bildirdi ki, əsas qənaət budur ki, müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla bu yöndə fikir mübadiləsi aparılmalıdır. Bu mübadilə göstərir ki, Azərbaycan bu gün düzgün yoldadır. Multikulturalizm, mədəniyyətlərarası dialoqun aparılmasında tək iştirakçı deyil həm də təşəbbüskar kimi çıxış etməsi Azərbaycanın hamı ilə birlikdə eyni dalğada düşünməsini sübut edir. Seminarda gənclərin dialoqlarda iştirakı, münaqişələrin həllində rolundan danışırıq. Müxtəlif qitəd’n olan nümayəndələr, bu sahədə müxtəlif nümunələr gətirdilər. Bu da göstərir ki, bütün dünyada gənclərdə eyni problem və eyni baxışlar var. amma bunlara baxmayaraq gənclər bir olub bu problemləri həll etməyi bacarmalıdırlar.