Cəfər Cabbarlının 115 illik yubileyi Mədəniyyət

Cəfər Cabbarlının 115 illik yubileyi

Cəfər Cabbarlının anadan olmasının 115 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Teatr Muzeyi dramaturqun ev muzeyi ilə birlikdə xatirə tədbiri keçirəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, professorlar Asif Rüstəmli və Rəhim Əliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, əməkdar incəsənət xadimi Aydın Kazımzadə və başqaları iştirak edəcəklər.
Tədbirdə tamaşaçılara dramaturqun həyat və yaradıcılığını əks etdirən video çarxlar, Nizami rayon uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin ifasında "Aydın" tamaşasından bir parça və şerlərdən ibarət kompozisiya təqdim olunacaq.