28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
12:14
371
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Dəyanət Osmanlının “Qələmin gözüylə (seçilmiş məqalələr)” və “Osmanlıda Validə sultanlar” adlı tarixi-publisistik kitabları “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, “Qələmin gözüylə” kitabında müəllifin müxtəlif illərdə yazdığı ədəbi, ictimai məzmunlu qeyri-səlis düşüncələr, esselər, ədəbi-tənqidi məqalələr müsahibə və açıqlamalardan seçmələr verilib.
Nəşrin redaktorları filologiya üzrə fəlsəfə doktoru İ.Abdullayeva və Əməkdar jurnalist R.Faxralıdır.
Dəyanət Osmanlının digər kitabı “Osmanlıda Validə sultanlar” tarixi qaynaqlara əsaslanır. Burada türk cəmiyyətində ailə və qadının rolu, padşahların anaları və xanımları, Osmanlı dövlətində validə sultanlıq dönəmi haqqında ətraflı materiallar yer alıb. Kitabın məsləhətçisi akademik N.Cəfərov, redaktoru İ.Abdullayevadır.
28 Sentyabr 11:19
882
28 Sentyabr 10:56
910
25 Sentyabr 17:16
1 715