Azərbaycanda Moldova Mədəniyyəti Günləri Mədəniyyət

Azərbaycanda Moldova Mədəniyyəti Günləri

Aprelin 28-dən mayın 1-dək Azərbaycanda Moldova Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Moldova nümayəndə heyətinə ölkənin mədəniyyət naziri xanım Monika Babuk rəhbərlik edəcək.
Moldova Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi aprelin 29-da Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Mədəniyyət günləri aprelin 30-da Sumqayıtda davam edəcək.
Qeyd edək ki, iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması məqsədilə Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın qərarına əsasən, 2012-ci ilin noyabrın 11-dən 15-dək Moldovada Azərbaycan Mədəniyyət Günləri keçirilib.