“Kitabxana – koronavirusa yox deyir!” Mədəniyyət

“Kitabxana – koronavirusa yox deyir!”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa yox deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir. İdarədən bildirilib ki, #Evdəqal çağırışına dəstək verərək virtual formada öz şeirini növbəti dəfə oxuculara təqdim edən şairlərdən biri də Ramiz Qusarçaylıdır.
Ramiz Qusarçaylı Azərbaycan təbiətinin vurğunu, tərənnümçüsü, rəssam-şairdir. Şairin “Gedəsən dünyanın axırınacan...”, “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Almalı kitab”, “Nə gözəldi yolun, Allah” adlı kitabları oxuculara hədiyyə edilib. Şair, eyni zamanda, macar, italyan, ingilis, rus, Ukrayna dillərindən tərcümə etdiyi şeirlərindən ibarət olan “Göyəm ağacı” adlı tərcümə kitabının müəllifidir. Şairin şeirləri ingilis, rus, Ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə olunub.
Yaradıcılığı ilə bir çox sahələrə töhfə verən Ramiz Qusarçaylı “Taclı bir zarafat şeiri”ni mütaliəsevər oxuculara təqdim edir. Şeir kişilərə xitab olaraq yazılıb və karantin rejimində edə biləcəkləri məşğuliyyətlərə zarafatyana toxunulub.