BVF: Neft hələ uzun müddət ucuz olacaq İqtisadiyyat

BVF: Neft hələ uzun müddət ucuz olacaq

Dünya bazarında neft qiymətləri hələ uzun müddət aşağı səviyyədə qalacaq. bunu RNS kanalına Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard deyib.
Neftin qiyməti ilə əlaqədar problem Afrikanın regional CEMAC təşkilatı ilə görüşdə müzakirə olunub. Laqard bildirib ki, əvvəlki iqtisadi tsikllərdən fərqli olaraq, neftin çox uzun müddət bahalaşmayacağı proqnozlaşdırılır. BVF başçısı qeyd edib ki, müəyyən dövrlərdə neftin reabilitasiyası mümkündür, lakin müsbət proqnozlar ancaq 2019-cu ildən sonra mümkün olacaq. Neftin qiyməti yaxın illərdə maksimum 60 dollar/barelə qədər arta bilər.
Görüşdə neftin qiymətini aşağı salan amillər - şist neftin istehsalı, İranın neft bazarına geri dönməsi, OPEC-in qərarları müzakirə olunub. K.Laqard qeyd edib ki, mövcud qiymətlərə həmçinin ABŞ-da neftə olan tələbatın azalması da təsir edir.