Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
23 May 2019 14:21
1 267
Millət vəkili "Cənub Qaz Dəhlizi"nin TAP layihəsi üzrə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun təməlqoyma mərasimi ilə bağlı tədbirdə iştirak edib.
Mayın 22-də Bolqarıstanın Kirkovo bölgəsində Azərbaycan təbii qazını bu ölkəyə nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun təməlqoyma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyubov, Bolqarıstanın Baş naziri Boyko Borisov, Yunanıstanın Baş naziri Aleksis Tsipras, hər iki ölkənin enerji nazirləri, Avropa Komissiyası və Avropa İnvestisiya Bankının (EİB) yüksək səviyyəli rəsmiləri, eləcə də müxtəlif ölkələrdən 150-dən çox qonaq iştirak edib.
Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Rauf Əliyev bu tədbirdə iştirak edib.
"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın son illərdə həyata keçirdiyi ən böyük layihələrdən biridir. Bu layihənin həyata keçirilməsi Azərbaycan Avropanın, eləcə də əməkdaşlıq səviyyəsi ildən-ilə yüksələn Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfədir.
Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Bulqarqaz EAD” ilə “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalanıb. Azərbaycan təbii qazı "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində “Trans-Adriatik “ (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Bolqarıstan təməli qoyulan bu İnterkonnektor ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq.
25 Sentyabr 18:39
1 064
25 Sentyabr 18:38
1 029
25 Sentyabr 17:34
1 029