Ərdoğan: Türkiyə Səudiyyə Ərəbistanı və Pakistana hərbi dəstək göstərə bilər Dünya

Ərdoğan: Türkiyə Səudiyyə Ərəbistanı və Pakistana hərbi dəstək göstərə bilər

Türkiyə Məkkə Sazişi ilə bağlı olduğu Səudiyyə Ərəbistanı və Pakistana hərbi yardım göstərə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Amerikanın "Newsweek" jurnalına müsahibəsində o bildirib ki, saziş BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanır. "Sənəddə nəzərdə tutulub ki, üç ölkədən hər hansı birinə edilən silahlı hücum bütün tərəflərə edilmiş hücum kimi qiymətləndiriləcək. Cavab tədbirlərinin xarakteri hücuma məruz qalan ölkənin sorğusu və ehtiyacları əsasında müəyyən olunacaq. Belə dəstək kəşfiyyat, logistika yardımı və ya sursat tədarükü formasında göstərilə bilər. Təhlükənin miqyasından asılı olaraq daha genişmiqyaslı hərbi dəstək də nəzərdən keçirilə bilər", - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan yardımın göstərilməsinin "məsləhətləşmələr və koordinasiya vasitəsilə" müəyyən ediləcəyini qeyd edib. Türkiyə liderinin sözlərinə görə, mövcud mərhələdə İraq və ya Yəməndəki hər hansı bir insidentin "avtomatik hərbi cavaba" gətirib çıxaracağını ehtimal etmək "məqsədəuyğun olmazdı".

Məryəm Quliyeva