“Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
Taleh Ziyadov: Orta Dəhliz regionda əməkdaşlığın əsas dayağıdır
İcraçı direktor: Almaniya biznesinin Azərbaycana marağı artır
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Ərdoğan Türkiyənin İsrail üçün təhlükə yaratmadığını bildirib
14:34
378
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici qüvvələrin İranın daxili işlərinə müdaxilə etməsinin yolverilməz olduğunu və bu məsələlərin İran xalqı tərəfindən həll olunmalı olduğunu bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, o, həmçinin İranda milli və məzhəb ədavətinin qızışdırılmasına qarşı xəbərdarlıq edib.
"İran xalqı xarici müdaxilə olmadan öz daxili işlərini müstəqil şəkildə həll etməlidir. Etnik və məzhəb ziddiyyətlərinin alovlandırılması İranı və bütün regionu uzunmüddətli qeyri-sabitlik dövrünə sürəkləyəcək. Buna yol vermək olmaz", - deyə Ərdoğan Amerikanın "Newsweek" jurnalına müsahibəsində bildirib.
O vurğulayıb ki, Türkiyə ayrı-ayrı kürd hərəkatlarının, xüsusən də İran Kürdüstanı Azadlıq Partiyasının İranda yaranan vəziyyətdən öz xeyrinə istifadə etmək cəhdlərini diqqətlə izləyir. "Biz hesab edirik ki, regionumuzdakı heç bir icma başqa ölkələrin vəkalət müharibələrində istifadə olunmamalıdır", - deyə Türkiyə Prezidenti əlavə edib.
Məryəm Quliyeva