Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib İqtisadiyyat

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda) ilə bağlı qeyd edilib ki, təklif olunan dəyişiklik, Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin sosial-yönümlülük prinsiplərinə uyğun olaraq azaldılması məqsədilə hazırlanıb. Komitə üzvləri - Əli Məsimli, Aydın Hüseynov, Məşhur Məmmədov, Vüqar Bayramov, Anar Məmmədov, Rüfət Quliyev məsələ barədə fikirlərini bölüşüblər.
Daha sonra komitə üzvləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında qanun layihələri barədə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə edərək Milli Məclisin plenar iclasında ikinci oxunuşda baxılmaq üçün tövsiyə ediblər.