Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb Cəmiyyət

Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb

“Bizim ən ağrılı yerimiz oxu məsələsidir. Oxu səviyyəsi aşağı olduqda, təbiət elmləri üzrə də nəticələr aşağı olur”.

Bunu PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqatın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, şagird oxuduğunu anlamırsa, bu, ciddi problemdir.

Onun sözlərinə görə, Azərbaycan inkişaf etmiş ölkələrlə müqayisədə təbiət elmləri üzrə geri qalır:

“Bizim təbiət elmləri ilə bağlı yanaşmamızı əsaslı şəkildə dəyişməyə ehtiyac var. Bu sahədə həm təbiət elmlərinin məzmununa, həm də tədrisə yanaşmaya yenidən baxılmalıdır. Təbiət elmlərinin tədrisində həyata keçiriləcək dəyişikliklər gələcəkdə bu sahədə nəticələrə öz təsirini göstərəcək”, – Emin Əmrullayev qeyd edib.