7 Sentyabr 16:15
İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad olunub
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
Nazir oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilməməsindən şikayətlənib
Nazir: Torpaqların konsolidasiyası üzrə pilot layihə Salyan və Qəbələnin 19 kəndini əhatə edəcək
12:25
329
Daşqınlar zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları olub.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) jurnalistlərə açıqlamasında deyib.
O, daşqınlar və sellər zamanı minalardan təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi hallarının müşahidə olunduğunu deyib.
“Bizim fəaliyyətin spesifikasını nəzərə alaraq, yağışlı günlərdə təhlükəsizlik səbəbindən işləyə bilmirik. Son zamanlar, son illərdə yağışların artması sözsüz ki, bizim fəaliyyətimizə öz mənfi təsirini göstərir”, - Vüqar Süleymanov qeyd edib.
O bildirib ki, daşqınlar və sellər zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları bir neçə dəfə müşahidə olunub.
“Daşqınlar zamanı çay suları ilə minalar aşağı ərazilərə gəlir. Sözsüz ki, bu, bizim üçün bir həyəcan təbilidir. Biz artıq bu məsələlərə diqqət yetiririk və daşqınlardan və sellərdən sonra əraziləri əlavə olaraq təftiş edirik”, - ANAMA sədri vurğulayıb.
Onun sözlərinə görə, 2020-ci ilin noyabrından bu günə qədər ölkədə 300 min hektardan çox ərazi minalardan və partlamış hərbi sursatlardan təmizlənib.
“Bu təmizləmə əməliyyatları nəticəsində 262 minə yaxın mina və partlamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, - Vüqar Süleymanov əlavə edib.