Azərbaycan bu il Türkiyə ərazisi ilə 95 mln. barelə yaxın neft nəql edib İqtisadiyyat

Azərbaycan bu il Türkiyə ərazisi ilə 95 mln. barelə yaxın neft nəql edib

Bu ilin yanvar-may aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 94,74 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% azdır.
Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinin verdiyi məlumata görə, 2019-ci ilin yanvar-may aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 101,45 mln. barel neft nəql edilib.
Qeyd edək ki, ötən il Türkiyə ərazisində BTC vasitəsilə 235 243 min barel neft nəql edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 8,03% azdır.
BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asiya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.