“Qafqazla Balkanlar arasında körpü quracağıq” İqtisadiyyat

“Qafqazla Balkanlar arasında körpü quracağıq”

Əhməd Davudoğlu: "Türkiyə və Azərbaycanın inkişaf edən gücünün səbəbi enerji layihələridir"

"Türkiyə ilə Azərbaycanın inkişaf edən gücünün səbəbi enerji layihələridir". Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
Ankarada TANAP-ın tikintisi layihəsi üçün boru ixracı üzrə sazişin imzalanması mərasimində çıxış edən Davudoğlu bildirib ki, dünyada gedən proseslər fonunda Azərbaycan və Türkiyə dostluğu hər gün daha da möhkəmlənir: "Ətrafımızda bir çox böhran yaşanarkən Türkiyə ilə Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bunun səbəbi böyük enerji layihələridir. 90-cı illərdə böhran bölgələri olaraq xatırlanan Qafqaz ilə Balkanlar arasında indi körpü quracağıq. Bu bir sülh layihəsidir. Türkiyə ilə Yunanıstan arasındakı dostluq bərkiyəcək. İtaliya və Avropa ölkələri bu layihə ilə tək bir enerji xəttinə bağlı olmadıqlarını görəcəklər. Yaşasın Türkiyə-Azərbaycan dostluğu və əbədi qardaşlığı. Yaşasın Balkanlarla Qafqaz arasındakı bu sülh körpüsü".