Beynəlxalq internet trafikin həcmi 125 Gbp/s-ə çatıb İqtisadiyyat

Beynəlxalq internet trafikin həcmi 125 Gbp/s-ə çatıb

Tural

Azərbaycanın ilkin internet provayderi "Delta Telecom" şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin artımı bərpa olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, "Delta Telecom" şirkətinin rəsmi statistikasına əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son iki ayda 12 faizədək artaraq 125 Gbp/s təşkil edib. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 32% artıb. Ölkənin çıxış trafikinin maksimal həcmi son aylar ərzində 20 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 25% çoxdur.