FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
Ukrayna dronları Krım aerodromunda yüz milyon dollarlıq hərbi texnikanı sıradan çıxarıb
Bakıda narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxunub
Hakan Fidan Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib: səbrimiz tükənir
Sülh gündəliyi və Avropa İttifaqının siyasəti: Azərbaycana qarşı ikili standartlar - RƏY
13 Yanvar 2021 11:22
2 170
2020-ci ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada orta hesabla 0,71 milyon barel təşkil edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) yanvar ayında dərc edilmiş enerji bazarının icmalında deyilir.
Qeyd edək ki, dekabr icmalında bu göstərici 0,70 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılırdı.
EIA-nın göstəricilərinə görə, 2020-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,77, 0,70, 0,67 və 0,69 milyon barel təşkil edib.
Proqnozlara əsasən, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatı 0,73 milyon barel/sutka səviyyəsində gözlənilir. Bundan əvvəlki hesabatda həmin proqnoz 0,72 milyon barel/sutkaya bərabər idi.
2021-ci ildə rüblük hasilat birinci rübdə 0,70 milyon, ikinci rübdə 0,73 milyon, üçüncü rübdə 0,74 milyon, dördüncü rübdə isə 0,75 milyon marel/sutka səviyyəsində proqnozlaşdırılır.
EIA 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının 0,78 milyon barel/sutka olacağını proqnozlaşdırır.
2022-ci ildə rüblük hasilat birinci rübdə 0,76 milyon, ikinci rübdə 0,79 milyon, üçüncü rübdə 0,78 milyon, dördüncü rübdə isə 0,78 milyon barel/sutka təşkil edəcək.