Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
10:20
378
Azərbaycan Mərkəzi Bankında (AMB) “Bazar davranışlarının tənzimlənməsi departamenti”nin adı dəyişdirilərək “Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti” olub.
“APA-Economics” xəbər verir ki, yeni Əsasnaməyə əsasən, departament bank və sığorta şirkətlərində bazar davranışlarına birbaşa nəzarət edəcək, yoxlama və monitorinqlər aparacaq, risk profillərini müəyyənləşdirəcək və test məqsədli alışlar həyata keçirəcək.
Departamentə əvvəlki kimi Tamerlan Əliyev rəhbərlik edir.
Bundan başqa, AMB-də Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb. Şöbəyə III “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova-Tahirli rəhbər təyin olunub.