Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edildi
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB-2 - YENİLƏNİB-1
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
14 Yanvar 2021 11:23
1 939
Ermənilərin Vətən müharibəsi zamanı mülki əhalini atəşə tutması nəticəsində evlərinə ziyan dəymiş ailələrin 94.5 faizinə maddi yardım göstərilib.
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, artıq yardım üçün ayrılan pullar həmin şəxslərin kartlarına köçürülüb:
“Bu prosesdə bəzi texniki problemlər var və onlar ondan ibarətdir ki, bu kateqoriyaya aid olan bəzi vətəndaşlar ölkədən kənardadırlar. Pandemiya səbəbindən onların gəliş-gedişi problemlidir, bundan əlavə COVİD-19-a yoluxan da var ki, hazırda onlar xəstəxanadadır. Eyni zamanda sənədlərində hansısa uyğunsuzluq olanlar da var”.
İ.Məmmədov qeyd edib ki, məsələ ilə bağlı bütün müraciətlər ədalətli şəkildə araşdırılacaq.