“Son döyüş əməliyyatları Azərbaycan ordusunun həqiqətən nəyə qadir olduğunu göstərdi” Müsahibə

“Son döyüş əməliyyatları Azərbaycan ordusunun həqiqətən nəyə qadir olduğunu göstərdi”

Dünyamalı İmaməliyev: "Düşünürəm ki, sülh danışıqlarına gedilsə, Azərbaycanın ərazi bütövlüyünə, onun sərhədlərinə toxunulacaq heç bir müqaviləyə imza atılmayacaq"

"Aprel ayının əvvəllərində baş verən döyüşlər Azərbaycan əsgərinin və xalqının ruhunu xeyli yüksəltdi. Etiraf etməliyik ki, indiyə qədər, birinci Qarabağ müharibəsində ərazilərimizin 20 faizini itirmişik. Etiraf etməliyik , birinci Qarabağ müharibəsindən sonra biz, məğlub durumdaydıq. Həmişə də ermənilər və onların havadarları bizim zəif olduğumuzu düşünür və bu faktordan yararlanaraq maksimalist mövqedən çıxış edirdilər. Daha ağır formada, qəbuledilməz şərtlər irəli sürürdülər". Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ideoloji və təbliğat məsələləri üzrə katibi Dünyamalı İmaməliyev "Xalq Cəbhəsi"nə müsahibəsində deyib.
-Ümumuiyyətlə, son əməliyyatlar bizə nə verdi?
-Bu döyüş əməliyyatları Azərbaycan ordusunun həqiqətən nəyə qadir olduğunu göstərdi. Qısa müddət ərzində baş verən döyüş atəşkəs dövrü ərzində xeyli iş görüldüyünü, strateji hücum silahlarının mövcud olduğunu, əsgəri qüvvəmizin normal səviyyədə döyüş aparmaq qabiliyyətini ortaya qoydu.
Digər tərəfdən Ermənistanın bizim üzərimizdə olan psixoloji üstünlüyünü aradan qaldırdı. Yəni biz- istər əsgərimiz, istərsə də xalqımız gördü ki, ordu və xalq Ali Baş Komandanın bir əmri ilə mütəşəkkil formada torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Eyni zamanda, beynəlxalq güclər, bölgədə marağı olan dövlətlər bir daha şahidi oldular ki, Azərbaycan xalqı torpağının bir qarışından belə vaz keçmək, güzəştə getmək fikrindən uzaqdır və bu, danışıqlar mövzusu ola bilməz. Digər tərəfdən faktiki olaraq taktiki strateji yüksəkliklər ələ alındı. Artıq bir sıra srarteji yüksəkliklər Azərbaycan ordusunun nəzarəti altındadır. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanın müasir silahları tam istifadə olnmadı. Digər tərəfdən çox az sayda canlı qüvvədən istifadə etməklə, texniki imkanlar hesabına əməliyyatların dəqiq və effektli formada həyata keçirilməsi bizim ordumuzun gücündən xəbər verir.
-Yəni hesab edirsiniz ki, bundan sonra danışıqlar prosesi fərqli formada davam edəcək? Azərbaycan artıq diktə edən tərəf olacaq?...
-Açıq danışaq, biz dəfələrlə öz müzakirələrimizdə də bildirmişik ki, Dağlıq Qarabağ probleminin həllinin açarı Rusiyanın əlindədir. Həmişə Ermənistan və Rusiya tandem təşkil edib və bir mövqedən çıxış ediblər. Baxmayaraq ki, Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür və tərəfsiz olmalıdır. Amma Rusiya yüksək səviyyədə dəfələrlə etiraf edib ki, Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda maraqları var və onu əldən vermək istəmir. Ona görə də Rusiya bu münaqişədən daima yararlanmağa və ondan istifadə etməyə çalışır. Baxın, indiki vəziyyətə qədər olan ümumi hərbi siyasi vəziyyəti göstərsək həmişə bu psixoloji üstünlük hesabına ermənilər və Ermənistan maksimalist mövqedən çıxış ediblər. Öz şərtlərini Azərbaycana qəbul etdirmək istəyiblər. Sərhədlərin açılması, Dağlıq Qarabağa ən yüksək səviyyədə muxtariyyətin verilməsi, referendum məsələsinin yaxın 5 ildə keçirilməsinin təkid edilməsi şərtlərini Ermənistan tərəfi danışıqlar zamanı daimi olaraq amiranə şəkildə irəli sürüblər. Son proseslərdən sonra artıq erməni millətinin içərisində öz dövlətinə, hakimiyyətinə qarşı bir etimadsızlıq baş qaldırdı. Bunlar bir məsələni anladılar ki, Rusiyanın nerytrallığı vəziyyətində Azərbaycan Dağlıq Qarabağda və Ermənistanda daşı daş üstündə qoymamaq qabiliyyətinə malikdir. Artıq bu psixoloji amil sındırıldı və ermənilər özlərinin gücsüz olmalarını qəbul etmək məcburiyyətində qaldılar. Ermənistan hakimiyyəti ilə xalqı arasında bir çat yarandı.
Mitinqlər, hakimiyyətə qarşı etirazlar başladı, analar öz övladlarının başqa dövlətin torpaqlarına-Azərbaycanın Dağliq Qarabağ ərazisinə döyüşlərə göndərilməsinə etirazlar edirlər. Bu döyüşlərdə ermənilər çoxsaylı itkilər verdilər və yaralılarının sayı da qat-qat çoxdur. Bununla da onların gözünün odu alındı. Bundan sonra erməni siyasi elitası bəlkə hansısa manevr etmək istəyəcək. Amma onların özləri də başa düşürlər ki, artıq psixoloji üstünlüyü əldən veriblər.
-Son zamanlar mərhələli həll variantı daha çox müzakirə olunur. Bəzi məlumatlara görə, 5+1 variantı üzıərində iş gedir. Bu variant Azərbaycanın maraqlarına nə qədər uyğundur?
- Bilirsiniz ki, münaqişənin həlli lə bağlı uzun illər müxtəlif variantlar ortaya qoyulub. 5, 5+1, 5+2 variantları, bundan sonra sülhməramlıların yerləşldirilməsi, bufer zonanın yaradılması və digər variantlar barədə dəfələrlə danışılıb. Bəzi məlumatlara görə, hazırda 5+1 variantı ilə bağlı söhbətlər gedir. 5 rayon qeyd-şərtsiz azad olunur, Dağlıq Qarabağla Ermənistan arasında bir dəhliz saxlanılması şərti ilə Laçının 13 kəndi boşaldılır və sülhməramlılar bura yerləşdirilir. Bundan sonra isə Dağlıq Qarabağ məsələsinin statusu daha sonrakı mərhələyə saxlanırılır. Amma mən bir məsələni vurğulamaq istəyirəm. Biz aprelin əvvəllərindəki döyüşlərlə sübut etdik ki, hərb yolu ilə torqalarımızı işğaldan azad etmək iqtidarındayıq və bu yolla da torpalarımızı azad edəcəyik. Amma hər işin başlanğıcı sülhdən keçir. Dövlət başçısı səviyyəsində də bəyan edilib ki, sülh danışıqlarına həmişə hazırıq. Amma mən, Prezident İlham Əliyevin əvvəllər də, son zamanlar da ardıcıl olaraq çıxışlarını izləmişəm. Prezident dəfələrlə və qətiyyətlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Yəni Prezident tərəfindən bununla bağlı iradə ortaya qoyulub ki, Azərbaycan ərazisindən son erməni əsgəri də çıxarılmaldıır. Bundan sonra danışqlara başlamaq, Dağlıq Qarabağın statusu məsələsinə baxmaq olar. Prezident hətta Zəngəzurun və Göyçənin də Ermənistanda qalmasını qəbul etmədiyini dəfələrlə dilə gətirib. Yəni ötən əsrin əvvəllərində heçdən Cumhuriyyət yaradan ADR-in banilərinə də İrəvanın güzəştə gedilməsinə görə iradını bildirib. Hər bir vətəndaşımız kimi mən də əminəm, ötən əsrin əvvəllərində yenicə müstəqillik qazanan, güclə ayaqda duran Azərbaycanın verdiyi torpaqlara qıymayan bu günki güclü və qüdrətli Azərbaycanın lideri İlham Əliyev heç bir zaman Dağlıq Qarabağı güzəştə getməz və bununla bağlı hər hansı bir sənədə imza atmaz. Bu, həm də Prezident İlham Əliyevin özünün xarakterindən irəli gələn məsələdir. Sülhməramlılara gəlincə, bu missiyanın Rusiya ordusu tərəfindən həyata keçirilməsinin qəti əleyhinəyəm. Düşünürəm ki, bizim partiyamız da buna razı deyil. Beynəlxalq qüvvələr orada yerləşdiirlə bilər. Bu da o şərtlə mümkün ola bilər ki, sülh imzalanan zaman sülhməramlıların orada konkret olaraq qalma müddəti qeyd olunsun. Müvəqqəti olaraq Dağlıq Qarabağla bağlı dəhliz məsələsindən söhbət gedirsə, o zaman Ermənistan tərəfindən blokadada olan Naxçıvana da əzəli Azərbaycan torpaqları olan Mehridən dəhliz verilməlidir. Ola bilməz ki, bu məsələ bir tərəfə şamil olunsun, digər tərəfə yox. Ona görə də düşünürəm ki, sülh danışıqlarına gedilsə, Azərbaycanın ərazi bütövlüyünə, onun sərhədlərinə toxunulacaq heç bir müqaviləyə imza atılmayacaq...Düzdür, müəyyən təzyiqlər olacaq, bu gözlənilir. Amma bu ümummilli məsələ olduğundan xalq və iqtidar birliyi buna qarşı olacaq...

Əli