Elçibəysiz 15 il Siyasət

Elçibəysiz 15 il

Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin bu gün dünyasını dəyişdiyi tarixdir. Bu gün onun yolunu davam etdirənlər Elçibəyi necə xatırlayırlar?

"Elçibəyin dedikləri həqiqət oldu"

BAXCP-nin humanitar məsələlər üzrə katibi Telman Siyabov:"Mərhum Əbülfəz Elçibəylə ilk tanışlığım 1985-ci ildə oldu. Ancaq onu qiyabi olaraq tanıyırdım. 1985-ci ildə bir neçə nəfərin iştirakı ilə 6-7 saat söhbətimiz oldu və bəy məni qardaşım Ələsgər vasitəsilə tanıdı. O zaman mənim xəyal belə edə bilmədiyim məsələlərdən söhbət gedirdi. Yəni SSRİ imreriyasının dağılması, bizim müstəqil olacağımız və 1918-ci ildə Azərbaycanda Cümhuriyyətin qurulması və s. Həmin vaxt biz ona "Əbülfəz müəllim" deyə, müraciət edirdik. Bu danışılan mövzuları dərk edə bilmirdim. SSRİ-nin dağılması, bizim müstəqil olmağımız necə ola bilərdi? Mən bəyə sual verdim və dedim ki, Əbülfəz müəllim, dedikləriniz həqiqət ola bilərmi? Rəhmətlik bəy əlini mənim çiynimə qoydu və dedi:"Bu rrosesi siz gənclər həyata keçirəcəksiniz. Sizin iştirakınız və mübarizənizlə Azərbaycan yaxın gələcəkdə müstəqil dövlət olacaq". Həmin söhbətin üstündən bir neçə il keçdi, 1988-89-cu illərdə Milli Azadlıq Hərakatı başladı və həqiqətən də 1991-ci ildə müstəqilliyimizə qovuşduq. Mən 1990-cı ilin fevral ayında söhbətimizi bəyə xatırlatdım. Bəy gülümsədi və dedi:"Gördün həmin dövrü artıq yaşayırıq və çox keçməz müstəqilliyimizi də elan edəcəyik. Mənim məlumatım var ki, sən Haxçıvanda fəal cəbhəçilərdənsən. Eşitmişəm derutatlığa namizədliyini də vermisən. Mübarizəni davam etdir".
Sonradan Elçibəy Kələkiyə gələndə ayda bir dəfə gedib görüşürdük. Elçibəyin Dövlətə, Xalqa, Millətə və Torrağımıza necə bağlı olduğunun bir daha şahidinə çevrildim. Mən ikinci bir şəxs tanımıram ki, Elçibəy kimi öz dövlətini və millətini sevən insan olsun. Elçibəy olurdu ki, bizə iradlar da tuturdu. Və məsləhətlərini verirdi. Bəy ilk dəfə Azərbaycan manatı tədavülə buraxılanda manatı əlinə alıb və göz yaşlarını saxlaya bilməyib. Sonra isə Allaha şükür edib ki, bunu da gördük. Düzdür AXC çox az müddətdə hakimiyyətdə oldu. Ancaq onun qoyduğu prinsirlər indi də davam edir. Elçibəyin dövründə azad mətbuat yarandı, Milli Ordumuzun formalaşmasının əsası qoyuldu, rus qoşunları Azərbaycandan çıxarıldı, ali məktəblərə qəbul test üsulu ilə həyata keçirildi və s. Bir il ərzində çox işlər görüldü. Allah Elçibəyə rəhmət eləsin".

"Bu xəbəri Elçibəyə özüm dedim"

BAXCP-nin ictimai-siyasi ələqələr üzrə katibi Hiyaməddin Orduxanlı:"İlk dəfə Əbülfəz Elçibəyi 1993-cü ildə görmüşəm. O prezident olanda AXC-nin mənzil qərargahında "Gənc Siyasi Natiqlik" məktəbi açılmışdı. 20 nəfərdən artıq gəncə həmin məktəbdə siyasi biliklər və digər bacarıqlar öyrədirdilər.
1997-ci ildə tələbə olarkən "Cümhuriyyət" qəzetində müxbir kimi fəaliyyət göstərirdim. Elə həmin il də Elçibəy Bakıya qayıtmışdı. Çox qısa müddət ərzində Elçibəylə münasibətim yarandı. Artıq mən AXCP gənclər komitəsində şöbə müdiri vəzifəsində çalışırdım. Həm də "Cümhuriyyət" qəzetinin parlament müxbiri idim. Müxbir kimi də bəylə tez-tez təmaslarım olurdu. 1999-cu ildə Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirildi. 21 yaşım təzə tamam olmuşdu. Elçibəyə dedim ki, qanunla seçkidə iştirak etmək üçün 21 yaş olmalıdır və istəyirəm seçkilərə qatılım. İnanırsınız, Elçibəy sevindi və dedi ki, gözəl təşəbbüsdür, sən partiyanın namizədi olacaqsan. Seçkiyə qatıldım və 1999-cu ildə AXCP-nin namizədi kimi Azərbaycanın ən gənc bələdiyyə üzvü seçildim. Hətta bu faktın özü belə beynəlxalq təşkilatların hesabatında yer aldı ki, ana müxalifət partiyasının namizədi 21 yaşında seçkili orqana seçilib. Həmin ilin dekabrında MSK seçkinin nəticələrini elan etdi. Bu xəbəri Elçibəyə özüm dedim. Bəy sevindi və dedi:"Rəhmətlik Həcəf Həcəfovun ölümündən sonra belə sevincim ilk dəfədir. Sən bilirsən necə böyük uğura imza atmısan? Bu hadisə sənin həyatında böyük rol oynayacaq". Onun sevincinin bir də səbəbi o idi ki, gənclər siyasətə bu cür maraq göstərir...
Elçibəy Milli Azadlıq Hərakatının şəriksiz lideridir. Onun Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri var. O böyük ürək sahibi, millətinə, xalqına bağlı insan idi. Hər il BAXCP lideri Qüdrət Həsənquliyev bütün partiya rəhbərliyində olan şəxslərlə birlikdə Elçibəyi yad edir. Bu ənənə bu il davam edəcək. Allah Elçibəyə qəni-qəni rəhmət eləsin".

"Türk Dünyası böyük türk kişilərindən birini vaxtsız itirdi"

BAXCP MHTK-nın üzvü Mircəlal Üusifli:"Elçibəy son dərəcə təmizkar və zövqlü idi. Ancaq bizi bunlardan öncə onun varlığındakı ürəyəyatımlı fərqli cəhət cəlb edirdi ki, bu da Elçibəyin ev adamına məxsus doğmalığı, səmimiliyi, həsəd ararılmalı cəsarəti idi. Loğvalıq, təkəbbürlük, özündən razılıq ona xas deyildi. Uşaq kimi saf, kinsiz, küdurətsiziydi. Saxtakarlıqdan, yalandan, bir də rüşvətdən iyrənirdi. Onun dərsi də xüsusi dərs idi. Mühazirəni yüksək reşəkarlıqla deyirdi. Mövzunu quru və rəsmi danışmaq ona yad idi. Dərs son dərəcə canlı və hamımızın iştirakı ilə keçirdi. Bu, ona xas nadir üslub idi. O, bizi həyacanlandırmağı və söhbətə qoşmağı bacarırdı. Ona görə də onun dərsində darıxmaq, mürgüləmək, tez-tez saata baxmaq yada düşmürdü. Başqa mühazirələrdə canını dişinə tutub oturan bizlər, gözünü açıq-aşkar yumub yatanlarımız, rəncərədən baxanlarımız, mühazirədən qaçanlarımız onun dərsini səbirsizliklə gözləyərdilər. Bu qoşa saat nə vaxt başlar, nə vaxt qurtarar hiss etməzdik.
Yadımdadır, Orta Asiyaya səfərini başa vuran Türkiyənin rrezidenti Turqut Özal böyük nümayəndə heyəti ilə Bakıya gəldi. Həmin gün Elçibəylə görüşən Özal ertəsi gün Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Milli Məclisə gələrək burada çıxış etdi. Azərbaycanı da özünün vətəni sayan Özal öz münasibətini belə bildirdi:"Müstəqil dövlətimizin parçalanması yolverilməzdir". Sonra o, xəbərdarlıq edərək dedi:"Türk millətinin səbri zorlanmamalıdır".
Mən o zaman xarici işlər nazirinin müavini vəzifəsində çalışırdım. Nazirlər Kabinetində Elçibəylə Özalın hər iki ölkənin iş adamları ilə görüşündə Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı persrektivləri müzakirə edildi. Görüşü yekunlaşdıran Elçibəy bildirdi ki, 70 illik qapalılıq şəraitindən sonra müstəqil, azad iqtisadi əlaqələr imkanı qazanan, eyni vaxtda bir neçə tarixi vəzifə yerinə yetirən Azərbaycan bütün problemlərini tədricən həll edəcəkdir.
Elçibəy bütün qanı, canı ilə türkçü idi. Həm də bu üzdən deyə bilərəm ki, Türk Dünyası böyük türk kişilərindən birini vaxtsız itirdi".

Hazırladı: BAXCP mətbuat xidməti