SEPAH: Hörmüz boğazı yenidən İran ordusunun tam nəzarətinə keçdi Gündəm

SEPAH: Hörmüz boğazı yenidən İran ordusunun tam nəzarətinə keçdi

İran Hörmüz boğazı üzərində hərbi nəzarəti geri qaytarıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Həzrət Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi bildirib.

Onun sözlərini İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.

Nümayəndənin sözlərinə görə, bu addım amerikalıların “blokada bəhanəsi ilə dəniz quldurluğu və dəniz quldurluğu fəaliyyətlərini davam etdirmələri” ilə bağlıdır.

“Bu səbəbdən Hörmüz boğazı üzərində nəzarət əvvəlki vəziyyətinə qayıdıb və bu strateji boğaz silahlı qüvvələrin ciddi idarəçiliyi və nəzarəti altındadır”, — deyə məlumatda qeyd olunur.

Məryəm Quliyeva