Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
17 Aprel 17:02
2 499![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin diplomatik həllinə inandığını və tərəflər arasında ali səviyyəli təmaslar da daxil olmaqla, birbaşa danışıqların təşkilinə kömək etməyə hazır olduğunu bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Antalya Diplomatiya Forumunun açılışında bildirib.
"Yaxın ətrafımızdakı digər bir münaqişə zonası olan Ukraynadakı müharibə nəticəsində yaranan itkilər və dağıntılara görə kədərlənirik. Müharibənin bütün tərəflərin ədalətli və bərabər şəkildə təmsil olunacağı danışıqlar yolu ilə başa çatacağına inanmağa davam edirik. Burada səmimi şəkildə bəyan etmək istəyirəm ki, tərəflər müvafiq istək nümayiş etdirərlərsə, Türkiyə liderlərin sammiti də daxil olmaqla, birbaşa danışıqlara kömək edəcək hər hansı addımı dəstəkləməyə hazırdır", — deyib.
Məryəm Quliyeva
15 May 20:36
1 001
15 May 18:38
1 099
15 May 17:19
1 260