17:06
721
İran Hörmüz boğazını atəşkəs rejiminin qalan dövrü üçün istənilən kommersiya gəmilərinin keçidi üçün açıq elan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçı bəyanat verib.
"Livandakı atəşkəs sazişinə uyğun olaraq, Hörmüz boğazı vasitəsilə bütün ticarət gəmilərinin keçidi sazişin qüvvədə olduğu qalan müddət üçün tam açıq elan edilir", — deyə Araqçı "X" sosial şəbəkəsində yazıb. O vurğulayıb ki, gəmilərin boğazdan keçidi İranla razılaşdırılmış marşrut üzrə həyata keçiriləcək.
Məryəm Quliyeva