17:55
735
Konqo Respublikasının yenidən seçilən Prezidenti Deni Sassu-Nqessonun andiçmə mərasimi keçirilib.
Bu barədə Azərbaycanın Keniyadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Prezident Deni Sassu-Nqessonun andiçmə mərasimində Azərbaycanın Keniya Respublikasındakı, eyni zamanda, iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev iştirak edib.
10-dan çox Afrika dövlət və hökumət başçılarının, eləcə də bir çox dünya liderinin nümayəndələrinin iştirak etdiyi andiçmə mərasimi çərçivəsində səfir Sultan Hacıyev Prezident Deni Sassu-Nqessoya Azərbaycanın Prezidenti İlham Əliyevin təbrikini və səmimi salamlarını çatdırıb. Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin daha da inkişafına inamını ifadə edib.
Konqo Respublikası Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycan hökumətinin bu mərasimdə təmsil olunmasına görə səfirə təşəkkür edib, həmçinin ölkəsi ilə Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
16:49
875
16:46
875
16:14
854