21:52
623
"Avropa İttifaqı ilə bağlı Gürcüstan və Ermənistanı uzun və çətin bir yol gözləyir".
APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç bildirib.
“Gürcüstanlı və erməni həmkarlarımız Avropa İttifaqına üzvlük prosesi haqqında danışırdılar. Mən də özümüzün Avropa İttifaqı təcrübəmizi xatırladım və buna görə bir qədər gülümsədim. Ankara sazişini Türkiyənin Avropa İttifaqına inteqrasiya tarixinin başlanğıcı kimi götürsək, bəziləri fərqli tarixlər də qeyd edir, bu, təxminən 60-63 illik bir dövr deməkdir. Buna görə də gürcü və erməni dostlarımıza demək istəyirəm ki, sizi uzun və çətin bir yol gözləyir. Türkiyənin timsalında bu, sanki sonu görünməyən bir prosesdir. Münasibət var, amma evliliklə nəticələnmir. Bununla belə hesab edirəm ki, Avropa İttifaqının yeni bürokratiyası və nümayəndələri daha açıq düşüncəyə malikdir. Əsas məsələ münasibətlərin “öyrədən-öyrənən” formatında deyil, bərabər səviyyədə qurulmasıdır. Türkiyə ilə bağlı prosesdə eniş-yoxuşlar olub, lakin hazırda biz daha çox iqtisadi əməkdaşlıqdan, regional iştirakdan, enerji, kənd təsərrüfatı və digər resursların paylaşılmasından danışırıq”, - Akif Çağatay Kılıç qeyd edib.
21:51
938
20:48
917
20:47
931