Tramp NYT və CNN-dən şikayət edib Dünya

Tramp NYT və CNN-dən şikayət edib

Onlar Prezident Donald Trampı İran məsələsinə görə tənqid etmək üçün ümidsiz şəkildə səbəb axtarırlar, amma sadəcə tapa bilmirlər.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında NYT və CNN-ə müraciət edərək yazıb.

“Uğursuz "The New York Times", fake xəbərlər yayımlayan CNN və digərləri nə edəcəklərini bilmir. Onlar Prezident Donald Trampı İran məsələsinə görə tənqid etmək üçün ümidsiz şəkildə səbəb axtarırlar, amma sadəcə tapa bilmirlər. Niyə onlar vaxtı gələndə sadəcə “Əla iş gördünüz, cənab Prezident” demir və öz nüfuzlarını bərpa etməyə başlamırlar?!”, - ABŞ lideri vurğulayıb.