Vahan Kostanyan: Azərbaycanla Ermənistan arasında ticarət üçün məhsullar siyahısı mübadilə olunub Siyasət

Vahan Kostanyan: Azərbaycanla Ermənistan arasında ticarət üçün məhsullar siyahısı mübadilə olunub

Azərbaycan və Ermənistan arasında ticarət üçün potensial məhsullar siyahısı mübadilə olunub.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan və Azərbaycan arasında ticarət və iqtisadi əlaqələr sahəsində artıq müəyyən addımlar atılıb. Məsələn, biz artıq Azərbaycandan benzin idxal etmişik. Həmçinin hər iki ölkə arasında ticarət üçün potensial məhsullar siyahısı mübadilə olunub və hansı malların ixrac oluna biləcəyi barədə ilkin razılaşmalar mövcuddur. Ümid edirik ki, bu proses yekunlaşdıqdan sonra rəsmi açıqlama da veriləcək”, - Vahan Kostanyan qeyd edib.