"İran Zəngəzur dəhlizini təhdid edir" Siyasət

"İran Zəngəzur dəhlizini təhdid edir"

İranda SEPAH bağlı müəyyən siyasilər qeyd edir ki, İran qalib olarsa, "Zəngəzur" dəhlizi -TRİP layihəsinin qarşısını alacaq. Bu layihəni Türk Birliyi kimi təqdim edərək, İran üçün arzuolunmaz bir marşrut kimi xarakterizə edirlər.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

"Göründüyü kimi, hakimiyyətdə qalmasını özünün qalibiyyəti hesab edən SEPAH qonşu ölkələrə qarşı yenidən təhdidlərlə danışır. Ötən gün Bəhreyni işğalla hədələyən rejimin sözçüləri bu gün "Zəngəzur" dəhlizini və Türk birliyini hədəfə alırlar" - politoloq deyib.

O, qeyd edib ki, bu rejimin mahiyyəti budur. Qonşularla normal münasibətlər sisteminə deyil, yalnız təzyiq etməklə öz mövqelərini diktə edir. Qırx gün ərzində öz liderlər kadrosunun itirən və ölkənin hərbi infrastrukturu sıradan çıxarılmasi, hərbi donanması yox olmaqla yanaşı, ölkənin "olum ya ölüm" dilemması qarşısında olan rejimin yenidən dili açılıb:

"Zəngəzur" dəhlizi regional iqtisadi və nəqliyyat əməkdaşlığıdır. Regionda sülhə xidmət edir. İranın Zəngəzur dəhlizinə mane ola bilməsi yeni böhrana yol aça bilər. Öz ərəb qonşuları tərəfindən hərbi zərbələrə məruz qalan İranın şimal qonşuları ilə körpüləri yandırması öz əleyhinə işləyə bilər.

Bu gün İsrail bütün qonşulari ilə düşmən vəziyyətdədir. Hər bir qonşusunun təhdid edir. Görünür, İran rejimi -SEPAH İsrailin həyata keçirdiyi eyni xəttə malikdir".

Cavid