Qarakənd düyünü Siyasət

Qarakənd düyünü

Bu hadisənin səhəri erməni mətbuatında çox təlaşla bildirilirdi ki, Azərbaycan xalqı heç vaxt bu faciəni bağışlamayacaq və toparlanıb qisas alacaqlar

Ancaq nə yazıqlar ki, əlimizə düşən məqamı dəyərləndirə, toparlanıb ermənilərin cavabını verə bilmədik


Arzu Şirinova

Bu gün 20 noyabr faciəsinin ildönümüdür. 24 il bundan öncə-1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində hərbi vertolyot qəzaya uğradı. Xatırlayırsınızsa, həmin gün Azərbaycan Televiziyasında çalışan vəzifə sahibləri ölkəyə rəhbərlik edən, əslində isə rəsmi Moskvanın əlaltısı sayılan Ayaz Mütəllibov və onun kimilərin tarşırığını həyata keçirdilər. Yəni əhaliyə, eləcə də dünyaya yalan informasiya verilərək bildirildi ki, vertalyot duman olduğundan qəzaya uğrayıb. Ancaq sonra məlum oldu ki, bu faciəni törədən yenə də ermənilərdir.


Moskvanın rlanı


1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur. Resrublikanın Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur.
Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur.
Siyahıya Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.
Hansı səbəbdənsə rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz Georgi Serta çatdırır. Qəribəsi o idi ki, Moskva Bakını qoyub, Dağlıq Qarabağın təhlükəsizlik polkovnikinə zəng vurur. Beləliklə, 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi qüvvədə qalır.
Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil edilir. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclasını keçirməliydi.
Bütün sənədlərdən və hadisələrin gedişindən görünür ki, Moskva hər şeyi Dağlıq Qarabağdakı vassalı, polkovnik Georgi Serta ilə həll edib. Əslində Sertanın ora göndərilməsində də Moskvanın razılığı olub. Beləliklə, yeni siyahını Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir. Siyahıdakıların bəzilərinə hazırlıq üçün telefon zəngləri olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam aerarortuna, hərbi komendanta və bir də Moskvaya göndərilir...
Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə qəribə bir üçlük nəzarət edir- Dağlıq Qarabağ təhlükəsizlik rəisi,polkovnik Georgi Serta, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavənd milis rəisi, polkovnik Oleq Osenov(yan).


İcinci vertalyot ixtisara salınır


1991-ci il noyabrın 20-i saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tirli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər- 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi.
İkinci vertolyot - Mİ-8 N72 isə birincini müşaiyyət etməli idi. Lakin ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.
Mİ-8 N72 vertolyotunda yanğından əvvəl atışma olub. İlk atəşi böyük ehtimallara görə, vertolyotu idarə edən Gennadi Domov açıb. Bunu yanıb dağılmış vertolyotun qalıqlarında içəridən açılan güllələrin diametri, açıq yerləri sübut edir. ( İstintaq sənədlərində bu, aydın görünür)... Vertolyot Qarakənddə yerə endirilib. Malik Paşayan və Safur Alamzaryanın "ASALA" qruru məhz bundan sonra sərnişinləri tərksilah edib.

Ermənilərin "ilkin yardımı"


Xankəndindəki rus qarnizonun hərbi prokuroru, polkovniki (bu rütbə ona cinayət işindən sonra verilib-red.) İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı") cinayyət işi açır. Qeyd edək ki, onun anası Emilya Arustavna Baqdasaryan ermənidir. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, "həlak olan azərbaycanlılara ilkin yardımı ermənilər göstərib".
Vertolyotun qara qutusunu da Lazutikin ələ keçirir. Hərbi prokuror qara qutuya toxunmağı qadağan edir və belə bir məlumat yayır ki, qara qutu "istidən", "yanğından", "partlayışdan" sıradan çıxıb, əriyib. Mütəxəssislərimiz isə yaxına buraxılmır. Halbuki qara qutu Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi.

Cavabsız suallar

20 noyabr faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Araratında şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, QMB-nin prokuroru İqor Plaviski, QMB-nin Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Üinkin, Qazaxıstan DİN-nin müavini Sanlal Serikov, milis general-mayoru
Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, teleyurnalist Alı Mustafayev, AzTV-də işıqçı Arif Hüseynzadə, video-orerator
Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, vertolyot heyətinin üzvləri Gennadi Domov və Dmitri Yarovenko həlak oldular. Ancaq verilən məlumatlara və şahid ifadələrinə görə, Rusiyadan olan generallar faciə qurbanları arasında olmayıblar. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurlarıyla birgə onlar da vertalyotda uçublar.
24 ildir faciənin qurbanlarının doğmalarını, yaxınlarını, eləcə də Azərbaycan xalqını bir çox suallar düşündürür. Məsələn, nədən ölkənin yüksək çinli dövlət məmurlarının hamısı eyni vaxtda bir vertolyota miniblər? Və yaxud, nədən onları digər hərbi vertalyotlar müşayiət etməyib? Vertalyot hansı səbəbdən partlayıb? Rusiyalı generallar hadisə yerindən necə yoxa çıxıblar? Ölənlərin cəsədlərinin vertalyotdan bir qədər kənarda yandırılması və faciə qurbanlarına məxsus bəzi əşyaların bu zaman kənara düşməsi və s. bu kimi suallar hələ də cavabını gözləyir. Cavab isə verilmir. Çünki bu faciənin kökü lapdərinliyə gedir ki, həmin dərinliklərə baş vuracaq kimsə hələ də yoxdur...
Yaxşı yadımdadır, bu hadisənin səhəri erməni mətbuatında çox təlaşla bildirilirdi ki, Azərbaycan xalqı heç vaxt bu faciəni bağışlamayacaq və toparlanıb qisas alacaqlar. Hətta ermənilər Xankəndini belə tərk etməyə başlamışdılar. Ancaq nə yazıqlar ki, əlimizə düşən məqamı dəyərləndirə, toparlanıb ermənilərin cavabını verə bilmədik.

Fürsət gözləyən düşmən


Məkirli düşmən Azərbaycana qarşı topraq iddiasına düşəndən bu yana xalqın qeyrətli oğulları hərə öz sahəsində sözünü deməyə, nəyə qadir olduğunu göstərməyə başladı. Onlar arasında təbii ki, 20 noyabr faciəsi qurbanları da varıydı. Tofiq İsmayılov Azərbaycanın dövlət katibi rostuna yenicə təyin olmuşdu. O, eyni zamanda Azərbaycanın derutatı kimi o vaxtkı SSRİ-nin yüksək kürsülərindən erməniləri ifşa edir, haqq səsimizi dünyaya çatdırmağa çalışırdı. Sözsüz ki, qisas hissi ilə alışıb-yanan ermənilər Tofiq İsmayılovu hansı yollarla olursa-olsun aradan götürmək istəyirdilər.
Azərbaycanın baş prokuroru İsmət Qayıbovu və vaxtilə daxili işlər naziri vəzifəsində çalışan Məhəmməd Əsədovu isə ermənilər özlərinin birnömrəli düşmənlərinə çevirmişdilər. Hətta onların hər ikisinin başına erməni lobbisi küllü miqdarda rul ayırmışdı. Xatırlayırsınızsa, bir dəfə Azərbaycan Televiziyasında İsmət Qayıbov həbs olunan ermənini sorğu-suala tutaraq,
onların hansı haqla Azərbaycana qarşı torraq iddiasına düşdüklərini soruşmuşdu. Və bildirmişdi ki, ermənilərin Dağlıq Qarabağla bağlı arzuları gerçəkləşməyəcək, gec-tec xalqımız işğal altında qalan torpaqları geri qaytaracaq. Hə yazıqlar ki, nəinki işğal altındakı torpaqları geri qaytara bildik, hətta Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı itirdik, üstəlik Xocalı faciəsini yaşadıq. Daxili işlər naziri postunda otursa da, sıravi əsgər kimi döyüş bölgələrini qarış-qarış gəzib insanlarda döyüş əhval-ruhiyyəsini qaldıran Məhəmməd Əsədovun da başı düşmən üçün qiymətli idi. Qeyd etdiyimiz kimi fürsət gözləyirdilər ki, onları məhv etsinlər. Faciədən bir müddət sonra xalq arasında şaiyə yayıldı ki, İsmət Qayıbovla Məhəmməd Əsədovu ermənilər əsir götürüblər. Və onları işgəncələr verə-verə öldürəcəklərini bildiriblər. Bütün bu şaiyələrin yayılmasının səbəbini isə yanan cəsədlərin onlarınkı olmamasıyla izah edirdilər. Bəlkə də elə buna görədir ki, həm İsmət Qayıbovun, həm də Məhəmməd Əsədovun ömür-gün yoldaşları onların yoxluğuna inanmırdılar. Güman edirdilər ki, onlar nə vaxtsa qayıdacaqlar.
...Fəxri Xiyabanda bir sırada cərgələnmiş qara mərmər daşların üzəri hər il qərənfillərlə bəzədilir. Bu gün də belə olacaq. Və 20 noyabr faciəsi qurbanlarının əzizləri, yaxınları yenə də qara mərmər daşların önündə dayanaraq çox suallara cavab axtarmağa çalışacaqlar. Ancaq yenə də sualları cavabsız qalacaq. Çünki bütün həqiqətləri onlar özləri ilə birgə torrağa gömüblər...