İransayağı “qardaşlıq” Siyasət

İransayağı “qardaşlıq”

Əli Şəmxani: "İran və Ermənistan arasında çoxşaxəli isti münasibətlərə üçüncü amil təsir göstərə bilməz"

"Qarabağ böhranının diplomatik yolla və danışıqlarla həllinə yardım etməyə hazırıq".
Bu sözləri İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görşündə deyib.
Əli Şəmxani münaqişə tərəflərini təmkinli olmağa çağırıb və regionda böhranın genişlənməsinin qarşısının alınmasının bölgə ölkələrinin xeyrinə olduğunu bildirib. O qeyd edib ki, İran İslam Respublikasının qonşulara baxışı müsbətdir: "Enerji, kənd təsərrüfatı, tranzit, yük daşımaları kimi sahələrdə müştərək əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələri daha da inkişaf etdirə bilər".
Əli Şəmxaninin sözlərinə görə, İran və Ermənistan arasındakı çoxşaxəli isti münasibətlərə heç bir üçüncü amil təsir göstərə bilməz: "İki ölkə rəhbərlərinin iradəsi ölkələrimizin mənafeyi naminə əlaqələri ciddi formada inkişaf etdirmək yönündədir".
Nalbanyan isə deyib ki, sanksiyaların ləğvindən sonra Ermənistanın İranla hərtərəfli əlaqələri inkişaf etdirməsi üçün zəmin yaranıb və ölkəsi bunda qərarlıdır.