“Valyuta məzənnəsindən silah kimi istifadə edirlər” Siyasət

“Valyuta məzənnəsindən silah kimi istifadə edirlər”

Ərdoğan: "Əlində silahı, bombası olan terrorçu ilə əlində dolları, avro, sələmi olan terrorçu arasında heç bir fərq yoxdur"

"Əlində silahı, bombası olan terrorçu ilə əlində dolları, avro, sələmi olan terrorçu arasında heç bir fərq yoxdur. Məqsəd Türkiyəni diz çöktürtməkdir. Valyuta məzənnəsindən bir silah kimi istifadə edirlər". Bu sözləri Türkiyə prezidenti Ərdoğan dolların lirəyə nisbətən kursunun kəskin artmasına münasibət bildirərkən deyib.
Ərdoğan etiraf edib ki, Türkiyənin müəyyən çətinlikləri var: "Heç biri ölkəmizdəki valyuta məzənnəsinin bu səviyyələrə gəlməsinin səbəbi ola bilməz. Silahlı və iqtisadi terror hücumlarına qarşı hər bir ölkə tədbirini görməyin yollarını axtarır. Yeni yeni marketinq üsulları inkişaf etdirərək yollar axtarmalıyıq. Millətimiz valyuta sataraq, 15 İyul ertəsi ilk dalğa təcavüzünün təsirini kəsmişdi. Bunu davam etdirməliyik. Mərkəzi Bank bu məsələdə lazımi tədbirləri görəcək imkan və qabiliyyətə malikdir. Fədakarlıq ediləcəksə, bu günlər tam zamandır. Bütün ölkənin və millətin mənfəətini söz mövzusu olduğunda banklar müxtəlif hesablar içinə girməməlidir. İqtisadiyyatı dağıtmaq cəhdlərinə qarşı da milli səfərbərlik elan etməliyik. Şəhidlərimizə, qazilərimizə, bütün əcdadlarımıza bunu borcluyuq. Bizdən sonra gələcək nəsillərə də bunu borcluyuq"- deyə prezident vurğulayıb.