“Rəsmi İrəvan təxribatçı əməllərindən əl çəkmək fikrində deyil” Siyasət

“Rəsmi İrəvan təxribatçı əməllərindən əl çəkmək fikrində deyil”

"Ümumiyyətlə Azərbaycan tərəfi mütəmadi olaraq Ermənistan tərəfindən girovluqda saxlanılan əsgərlərimizin geri qaytarılması istiqamətində lazımi işlər görür. Bu istiqamətdə məsələlər inkişaf yolundadır". Bunu millət vəkili Rövşən Rzayev deyib. Onun sözlərinə görə, heç kimə sirr deyil ki, rəsmi İrəvan özünün separatçı, işğalçı, təxribatçı əməllərindən əl çəkmək fikrində deyil: "Ona görə ki, səhra komandiri düşüncəsində olan rəhbərdən ayrı proqressiv şeylər görmək çətindir. Təəsssüflər olsun ki, bu həqiqətdir. Dünyada Azərbaycana qarşı ikili standartların olmasının bir daha sübutudur ki, Ermənistanın işğalçı siyasətinin indiyədək saxlanılmasına dəstək olanlar heç bir zaman onu belə qeyri-normal mövqedən çəkindirməkdə də kifayət qədər lazımi olan tələblər irəli sürmürlər. Ona görə də belə hallar mütəmadi olaraq təkrarlanır. Təəssüflər olsun ki, böyük dövlətlər bununla bağlı mövqelərini səsləndirmirlər və yaxud da separatçı, işğalçı rejimlərə dəstək olurlar. İnanıram ki, Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycanın şəhid olmuş əsgəri Çingiz Qurbanovun nəşi Azərbaycan qaytarıldığı kimi, işğalçı ölkədə girovluqda saxlanılan əsgərimiz Elnur Hüseynzadə də Azərbaycana qaytarılacaq".