Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Belarus Azərbaycan üçün maraqlı ölkələrdən birinə çevrilib”

“Belarus Azərbaycan üçün maraqlı ölkələrdən birinə çevrilib” Siyasət

“Belarus Azərbaycan üçün maraqlı ölkələrdən birinə çevrilib”

Elxan Şahinoğlu: "Bu, səbəbsiz deyil"


"Belarus son zamanlar Azərbaycan üçün maraqlı ölkələrdən birinə çevrilib və bu səbəbsiz deyil". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko ölkə qanunlarmızı kobud surətdə pozan bloqqer Aleksand Lapşini Azərbaycana ekstradisiya etməklə cəmiyyətimizdə və siyasi dairlərimizdə xeyli simpatiya qazanıb: "Bundan əvvəl isə Belarus prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini müdafiə etdi ki, bu işğalçı Ermənistanda ona qaraşı narazılığı artırdı. Elə Lapşin olayında da Aleksandr Lukaşenko Moskvanın təzyiqi ilə üz-üzə qaldı. Lukaşenko Lapşini ekstradisiya etməsəydi, bunu böyük qonşusunun təzyiqi səbəbindən bəlkə də anlayışla qarşılayardıq. Ancaq Belarus prezidenti təzyiqə baş əymədi və bu bizim xoşumuza gəldi". Belarus prezidentinin Lapşin olayları ərəfəsində 7 saatlıq mətbuat konfransına diqqət çəkən politoloq deyib ki, həmin mətbuat konfransında Aleksandr Lukaşenko Rusiyanın siyasətini sərt tənqidi ilə yadda qaldı: "Ancaq Lukaşenko həmin mətbuat konfransında bir başqa mövzudan da söhbət açdı ki, bu haqda o qədər də məlumatlı deyilik. Deməli, belaruslu jurnalistlərdən biri Lukaşenkoya sual verib ki, bəs ölkəmizin milli ideyası olmalıdırdı? Lukaşenko "bu da hakimiyyətə yaxın mediada çalışan jurnalistin mürəkkəb sualıdır" deyərək gülüb. Ancaq cavabdan hiss olunurdu ki, Aleksandr Lukaşenko belə bir sualın səsləndirilməsində maraqlı olub. Belarus prezidenti cavabında deyib ki, Belarusun milli ideyası haqqında illərdir danışılır, hətta müşavirlərinin bu haqda konsepsiyaları, kitabları var. Ancaq milli ideya ilə bağlı özünün hələ konkret mövqeyi formalaşmayıb. "Bəli, milli ideya bizə lazımdır, ancaq biz hələ bunun üçün yetişməmişik" deyən Aleksandr Lukaşenko bu mövzu ətrafında diskussiyalara tərəfdar olduğunu bildirib". Burada maraqlı bir sual ortaya çıxır ki, Aleksandr Lukaşenko hansı səbəbdən milli ideya ətrafındakı diskussiyaya indi ehtiyac duyub?. Elxan Şahinoğlu qeyd edib ki, Lukaşenkonun milli ideyaya müraciət etməsi Rusiya-Belarus münasibətlərinin hazırki xarakterindən irəli gəlir: "Bu mövqeyimi Belarusdan olan ekspertlərlə skayp vasitəsilə keçirdiyimiz müzakirələrdə də dilə gətirdim. Məlumat üçün qeyd edim ki, təxminən 2 ilə yaxındır hər bazar günü ukraynalı dostum professor Eduard Afoninin başçılıq etdiyi internet konfranslarda iştirak edirəm. Skayp vasitəsilə qoşulduğumuz konfranslarda müxtəlif ölkələrdən alimlər və siyasi ekspertlər iştirak edirlər. Düşünürəm ki, Lukaşenko ölkəsinin Rusiyanın balaca qardaşı, ən pis halda isə vassalı olmasını istəmir. Rusiyaya müqavimət göstərmək üçün isə başqa amillərlə yanaşı, milli ideyaya ehtiyac duyulur. Milli ideya ana dilindən başlayır. Çox təəssüf ki, Ukraynadan fərqli olaraq Belarus prezidentinin bugünə qədər öz ana dilində danışdığını görməmişəm. Fikrimcə, belarus dilini işlək dilə çevirmək lazımdır. Bu Belarusda milli ideyanın formalaşmasında yaxşı bir başlanğıc olar. Bu fikrimlə belaruslu ekspert də razılaşdı. Onun sözlərinə görə, Belarus rus dilinin, Rusiya televiziya məkanının təzyiqi altındadır. Belarus dilində ancaq ucqar kəndlərdə danışırlar, dilimizdən bir də özünü liberal müxalifət adlanan kəsim istifadə edir. Buna rəğmən, Aleksand Lukaşenkonun mətbuat konfransında prezidentin müşavirlərindən birinin belarus dilində danışdığının şahidi oldum. Görünür, elə bunun özü başlanğıcdır, ardı da gələcək".