İlham Əliyev Şanxay Zirvə Toplantısında çıxış edib Siyasət

İlham Əliyev Şanxay Zirvə Toplantısında çıxış edib

Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV Zirvə Toplantısı keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev zirvə yoplantısında iştirak edib.
Qeyd edək ki, "Sülh, sabitlik və əməkdaşlıq yönümlü yeni Asiyanın qurulması üçün dialoqun, qarşılıqlı etibarın və birgə fəaliyyətin möhkəmləndirilməsi" mövzusunda keçirilən tədbirdə 10-dan çox ölkənin dövlət başçısı, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak ediblər.
Azərbaycan prezidenti İlham Əliyev də iclasda çıxış edib.
Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin yaradılmasına dair təşəbbüsü Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürüb. Birinci və ikinci Zirvə toplantıları 2002-ci və 2006-cı illərdə Almatıda, üçüncü iclas isə 2010-cu ildə İstanbulda keçirilib. Hazırda təşkilatın Azərbaycan da daxil olmaqla, 24 üzvü var.
Şanxay Zirvə Toplantısında bəyannamə qəbul edilib.