25 İyul 17:20
12:50
392
Yaponiya sakinlərinin mütləq əksəriyyəti qadının imperator taxtını tutmaq hüququnun olmasının tərəfdarıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi tərəfindən keçirilmiş ümummilli sorğunun nəticələri şəhadət verir.
Bu məlumatlara əsasən, rəyi soruşulanların 81%-i qadının imperator taxtına əyləşə bilməsinin lehinə çıxış edib. Bunun əleyhinə isə respondentlərin yalnız 16,1%-i səs verib. Eyni zamanda, 49,6% respondent qeyd edib ki, bu ay taxt-tac varisliyi böhranını həll etmək məqsədilə qanunvericilik islahatı həyata keçirən ölkə hökumətinin addımları "yerli sakinlər tərəfindən anlaşılmayacaq". Əks mövqeyi isə rəyi soruşulanların 44,3%-i ifadə edib.
"Kyodo"nun ümummilli sorğusu iyulun 25-26-da keçirilib, iştirakçıların dəqiq sayı göstərilmir.