“Suriyada, İraqda, Yəməndə qanlı qırğınlar davam etdirilir” Siyasət

“Suriyada, İraqda, Yəməndə qanlı qırğınlar davam etdirilir”

Azər Badamov: "İqtisadiyyat dağıdılır, ölkələrdə xaos yaradılır"


"Çox təəssüf ki, bu gün də Suriyada, İraqda, Yəməndə qanlı qırğınlar davam etdirilir, günahsız insanlar qətlə yetirilir, iqtisadiyyat dağıdılır, ölkələrdə xaos yaradılır". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, bütün bu proseslər xaricdən idarə olunur və müəyyən dairələrin maraqlarına xidmət edən hərəkətlərdir: "Bu istiqmətdə marağı olan dairələrin maraqlarını və istəklərini iki istiqamətdə qeyd etmək istəyirəm. Birincisi, islam dünyasının həmrəyliyinin və güclənməsinin qarşısını almaq məqsədi ilə terrorlar vasitəsilə parçalanma yaratmaq təşkil edir. Həmin dairələr qorxurlar ki, yaxın gələcəkdə dünyanın idarəedilməsi müsəlmanların əlinə keçsin. Ona görə də müxtəlif yollarla islam mənsublu ölkələrinin gücdən salınması və gələcək üçün qabaqlayıcı tədbirlər görmək məqsədi daşıyır.
İkincisi, dünyada müharibə ocaqları çoxaldıqca daha çox silah satmaqla gəlir əldə etmək olur. Həm də qeyd etdiyimiz ölkələr böyük neft istehsalçılarıdır. Həmin ölkələrdə yaranmış xaoslu vəziyyətdən istifadə etməklə nefti sorub aparılaraq böyük qazanclar əldə etmək məqsədi daşıyır.
Amma terrorlar törətməklə günahsız insanların qanları bahasına gəlir əldə edən dairələrin ömrü uzun olmur. Düşünürəm ki, yaxın gələcəkdə həmin ölkələrdə də terrorizmin qarşısını alınar və normal həyat şərait qurulacaq".