“Strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir” Siyasət

“Strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir”

"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Belə bir açıqlama ilə çıxış edən millət vəkili Aydın Hüseynov deyib ki, iqtisadi inkişafının dayanaqlığının təmin olunması, tarazlı və hərtərəfli inkişafını təmin edən strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir. Sosial infrastruktur yeniləşir, bu amillər Azərbaycanın iqtisadiyyatın tarazlı inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına öz mühüm töhfəsini verməkdədir: "2017-ci ilin ötən 11 ayı ərzində hərtərəfli regional inkişaf təmin edilib, 85 min yeni iş yerinin yaradılıb. Sosial infrastruktur yeniləşir, bu amillər Azərbaycanın iqtisadiyyatın tarazlı inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına öz mühüm töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Həyata keçirilən iqtisadi və sosial layihələr respublikamızın beynəlxalq iqtisadi mövqeyinin güclənməsinə səbəb olub. Ölkəmizdə 250 mindən artıq yeni iş yeri yaradılıb". Millət vəkli deyib ki, ötən dövrdə sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılıb, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parklarınən yaradılması davam etdirilir: "Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. İlk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi cənab Prezidentin iştirakı ilə bu ilin sentyabrın 24-də istifadəyə verilib. Masallı Sənaye Məhəlləsində hazırda tikinti işləri aparılır. Eləcə də, bölgələrdə Aqroparkların yaradılması işləri davam etdirilir".